Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
MSK Hüseynbala Mirələmova da “YOX” dedi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə daxil olan şikayətlərə baxılıb.
Oxu.Az-ın məlumatına görə, iclasda bildirilib ki, araşdırma nəticəsində həmin dairədə ciddi qanun pozuntularının olduğu aşkarlanıb.
Qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci Seçki Dairəsinin nəticələri ləğv edilsin.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hüseynbala Mirələmov idi.
Aqşin Kərimov
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar