ABŞ Prezidenti Donald Tramp Tehranın İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və ölkənin dondurulmuş aktivlərini blokdan çıxarmağa hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının və İsrailin "12-ci kanal" televiziyasının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən "X" sosial şəbəkəsində bildirib.
"Prezident Tramp nüvə dosyesi üzrə konkret irəliləyişlər müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri blokdan çıxarmağa hazırdır", - deyə ABŞ rəsmisi qeyd edib.
O, bununla bağlı hər hansı təfərrüat açıqlamayıb.
İran hakimiyyəti dəfələrlə nüvə silahı əldə etməyə çalışmadığını vurğulayıb.