Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında debat keçirilir.
Oxu.Az-ın məlumatına görə, N.Paşinyan debatda absurd və həmişəki ampluasında çıxış edib.
O bildirib ki, Xocalı faciəsi guya Azərbaycan tərəfindən həyata keçirlib. N.Paşinyan bunu deyərkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdan “sitat gətirib”.
Azərbaycan Prezidenti İlham Əliyev isə ona tutarlı cavab verib. Ölkə başçısı qeyd edib ki, internetdə axtarış aparmaqla kimin həqiqəti deməsini müəyyənləşdirmək olar.
O bildirib ki, Ayaz Mütəllibov dəfələrlə Xocalı faciəsinin Azərbaycan tərəfindən törədildiyini deməsi ilə bağlı iddiaları təkzib edib. Ölkə başçısı qeyd edib ki, Qarabağ münaqişəsinin həlli üçün Ermənistan dərhal və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.
Aqşin Kərimov