Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlham Əliyev BMT-ni Ermənistan hakimiyyətini yeni hərbi təcavüzdən çəkindirməyə çağırdı
Ermənistanın hərbi-siyasi hakimiyyəti yeni təxribat və gərginliyin artmasına görə məsuliyyət daşıyacaq.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrdə videomüraciətlə çıxış edərkən bildirib.
“Təəssüf ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Danışıqlar konkret məsələlərin həllinə yönəlməlidir.
Minsk Qrupunun həmsədr dövlətləri bir neçə dəfə status-kvonun saxlanılmasını qəbuledilməz adlandırıblar. Biz bu bəyanatları dəstəkləyirik, lakin bizə real addımlar və nəticələr lazımdı”, - deyə dövlət başçısı bildirib.
“Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”, - deyə İlham Əliyev qeyd edib.
Prezident BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinə, Azərbaycan torpaqlarının azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırıb.
Tovuz döyüşlərindən sonra Ermənistana 1000 ton silah-sursatın daşınmasına diqqət yetirən İ.Əliyev bildirib ki, digər ölkələr rəsmi İrəvana silah göndərməyi dayandırmalıdır.
O qeyd edib ki, dünyanın ən kasıb ölkələrindən biri olduğunu nəzərə alaraq, Ermənistan silahı pulla deyil, havayı əldə edir.
"BMT" teqi üzrə xəbərlər
- XİN: "Ermənistanla sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb"
- Azərbaycan XİN Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mövcud vəziyyəti açıqlayıb
- Komissiya: "Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ediləcək"
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb