22 
Noy
2020
15:30
1395
26
5004
Virtual karabakh

Türkiyə Prezidentinin sözçüsü: “Əsgərimiz istənilən halda Qarabağda olacaq”

22 Noy, 2020
15:30
5004

Türkiyə Prezidentinin sözçüsü: “Əsgərimiz istənilən halda Qarabağda olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə əsgəri istənilən halda Qarabağda olacaq”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalındakı “Özəl Reportaj” proqramında gündəmdəki mövzulara dair sualları cavablandırarkən deyib.

“Danışıqların ilk mərhələsi tamamlandı. Rusiya tərəfi bizim fikirlərimizi öyrəndi. İndi onlara Kremldən lazımi göstərişlər veriləcək. Əsgərlərimiz, müdafiə, xarici işlər nazirlikləri və MİT aparır bu işləri. Qarşıdakı günlərdə əməliyyat üsulları üzərində, harada və necə olacaq, kim hansı işi görəcək mövzularında müzakirələrin tamamlanmasını gözləyirik.

Türkiyə əsgərləri istənilən halda orada olacaqlar. Biz onsuz da oradayıq. Azərbaycanla olan çox özəl münasibətlərimizə görə hərbi təlim və əməkdaşlıq anlaşmalarımız çox əvvəldən var. Bu mənada, biz onsuz da oradayıq. Qanun layihəsi də qəbul edildi. Müşahidəçi qüvvə olaraq da biz orada olmağa davam edəcəyik”, - deyə İ.Kalın bildirib.

Qalın Ermənistanla orta və uzunmüddətli perspektivdə münasibətlərin düzəlməsinin bütün bölgə üçün müsbət olacağını, bunun ən başda Ermənistanın mənafeyinə olduğunu söyləyib.

Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin vacibliyini qeyd edən İ.Kalın dəhlizin açılmasının ən azı Qarabağın azad edilməsi qədər qiymətli olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri