22 
Noy
2020
17:45
2635
41
14402
Virtual karabakh

Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

22 Noy, 2020
17:45
14402

Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımayıb. Bu, o demək idi ki, beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ, həm də ətraf rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi olub və indi də elədir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağın ərazi mənsubiyyəti barədə sualı cavablandırarkən deyib.

Vladimir Putin qeyd edib ki, KTMT üzvlüyü şərtləri Rusiyanı münaqişəyə qarışmaq məcburiyyətində qoymayıb.

“KTMT müqaviləsi, bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım nəzərdə tutur.

Ermənistan Respublikası ərazisinə heç kim müdaxilə etməyib və bu, bizə hərbi əməliyyatlarda birbaşa iştirak etməklə bağlı heç bir hüquq vermir”, - deyə Rusiya lideri bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri