25 
Apr
2021
12:25
379
16
3604
Virtual karabakh

Səfir: “Ermənistanı ölkənin inkişafı yox, hansısa söz maraqlandırır”

25 Apr, 2021
12:25
3604

Səfir: “Ermənistanı ölkənin inkişafı yox, hansısa söz maraqlandırır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikadakı erməni lobbisinin nümayəndələri sadəlövhcəsinə sevinirlər - ABŞ prezidenti Co Bayden “soyqırımı” sözünü səsləndirdi. Beləliklə, ABŞ Nümayəndələr Palatasının üzvü, ən məşhur və nüfuzlu erməni lobbiçilərindən biri Adam Şiff Ağ Evin rəhbərinə dəstək olduğunu bildirdi.

İrəvanda sevinirlər: ABŞ səfirliyinin yaxınlığında Amerika bayraqlarının dalğalandığı “ruh yüksəldən aksiya” baş tutub.

Co Baydenin çıxışında “erməni soyqırımı”nın xatırlanmasını Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov Caliber.Az üçün şərh edib.

“Erməni soyqırımı” ifadəsinin istifadəsi, yəqin ki, heç kim üçün sürpriz olmadı. Co Bayden “soyqırım” haqqında danışdı, sonra nə olacaq?

Doğru deyirsiniz ki, bu, xüsusi bir sürpriz olmadı. Ancaq təbii ki, bu cür hadisələr tarixçilərin araşdırma mövzusu olmalıdır, siyasi qərarlar üçün əsas olmamalıdır. Təəssüf ki, bu barədə tarixçilər deyil, siyasətçilər danışırlar. Bu da bəzi maraqlı qrupların, lobbilərin təzyiqinin nəticəsidir. Hesab edirəm ki, bu yanaşma səhvdir.

Bundan sonra nə olacağını soruşdunuz. Bu gün bölgədə, Qarabağdakı Vətən müharibəsindən sonra vəziyyəti normallaşdırmaq üçün bir şans, fürsət var. Azərbaycan bu xətti çox açıq şəkildə davam etdirir, kommunikasiyalar yaratmağa, mehriban qonşuluq münasibətləri qurmağa çalışır. Əlbəttə, bu müddətdə bütün Cənubi Qafqaz ölkələri ilə sərhədləri olan və bölgəni onsuz təsəvvür etmək mümkün olmayan Türkiyənin rolu çox vacibdir. Prezident Baydenin çıxışında bu simvolik “soyqırımı” sözünü axtaran erməni tərəfi, erməni lobbiçiləri, göründüyü kimi, bu barədə düşünmədilər.

Ermənistan və oranın sakinlərinin başına nə gələcəyi onlara elə də maraqlı deyil. ABŞ-da edilən açıqlamada Ermənistan üçün müsbət heç nə yoxdur.

Daha sonra... Əlbəttə ki, Türkiyə-Amerika münasibətlərinə zərbə vuruldu. Eyni zamanda, ABŞ heç bir üstünlük qazanmır, üstəlik onun bölgədəki imicinə və mənafeyinə ziyan vurulmasından danışmaq da olar.

Müsahibəni daha ətraflı Caliber.az-dan oxuya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri