Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrovun başçılığı ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
11.17
Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsi məlumat yayıb.
Nazir Ceyhun Bayramovun Rusiyalı həmkarı Sergey Lavrov ilə təkbətək görüşü başladı
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 11, 2021
---
A tête-à-tête meeting has started between the Foreign Minister @Bayramov_Jeyhun and his Russian counterpart Sergey Lavrov pic.twitter.com/1PWfMpTnnj