Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prezidentlə şəhid atası arasında maraqlı dialoq - VİDEO
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyev də iştirak edib.
Əbdül Noçuyev bildirib ki, 44 günlük müharibə dövründə dövlət başçısının xalqa müraciətlərini mütəmadi izləyib:
“Hər dəfə işğaldan azad olunan ərazilərin adları sadalandıqca bizim sevincimizin həddi-hüdudu olmayıb. Mənim oğlum, tabor komandiri, kapitan Surxay Noçuyev Şuşa uğrunda gedən döyüşlərdə müharibənin 44-cü günündə qəhrəmancasına şəhid oldu”.
Şəhidimizin atası qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Surxay Noçuyevə Vətən Müharibəsi Qəhrəmanı adı verilib:
“Buna görə Sizə minnətdarlığımızı bildiririk. 2021-ci il sentyabrın 27-də Sizin və Mehriban xanımın iştirakı ilə yürüş keçirildi. Orada Surxay Noçuyevin şəkli həkk olunmuş lövhə ön cərgədə idi. Həmin lövhəni Sizin göstərişinizlə bizim ailəyə təqdim etdilər. Bu, bizim ailəmiz üçün ən böyük hədiyyə oldu. Çox sağ olun, cənab Prezident”.
Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib və bildirib ki, biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik:
“Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək. Anım Günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma basıram”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- Qərbi Azərbaycan Xronikası: Alagöz - türk tarixinin izi
- Prezident İlham Əliyev bir sıra şəxslərə ev verdi
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir