"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib".
Oxu.Az xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib.
Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığını diqqətə çatdırıb.
"Ölkəmiz 3 trilyon dollar itirdi və bunun da yeganə səbəbi seçkidir", - deyə Tramp vurğulayıb.
ABŞ rəhbəri konkret olaraq hansı itkilərin nəzərdə tutulduğunu açıqlamayıb. Bununla belə, o, birja hərraclarında əsas kotirovkaların aşağı düşməsinin birbaşa olaraq ölkədəki aralıq seçkinin nəticələri ilə bağlı olduğuna əminliyini ifadə edib.
Qeyd edək ki, səsvermə noyabrın 3-də baş tutub. Vətəndaşlar 100 senatordan 35-ni və Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünü seçiblər. 36 ştatda qubernator seçkiləri də keçirilib. Yerli mətbuatının son ehtimallarına əsasən, yeni çağırış Konqresin hər iki palatasında demokratlar üstünlük təşkil edəcəklər. Hazırda isə həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq respublikaçılara məxsusdur. Son günlər ABŞ və digər ölkələrin fond birjalarında bir çox əsas göstəricilər nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. İxtisaslaşmış kütləvi informasiya vasitələrinin məlumatına görə, investorlar demokratların Birləşmiş Ştatlardakı aralıq seçkidə qalib gəlməsinin süni intellekt sahəsinin tənzimlənməsini daha da sərtləşdirə biləcəyindən ehtiyat edirlər.