Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

17 gündür azərbaycanlı fəalları görməzdən gələn Volkov Vardanyanın “hüzur”una çıxdı - YENİLƏNİB + VİDEO
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkov Xankəndidə separatçıların rəhbəri Arayik Arutyunyanla deyil, Rusiya vətəndaşlığından imtina edərək bölgəyə gələn oliqarx Ruben Vardanyanla “danışıqlar” aparıb.
Bu barədə “Telegram”ın Ermənistan seqmentində məlumat yayılıb.

16:12
Azərbaycan Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkov artıq 17 gündür ki, azərbaycanlı ekofəalların tələblərinə baxmayaraq onların qarşısına çıxmır.
Oxu.Az xəbər verir ki, məsələ erməni separatçılarına gələndə isə general xüsusi “həssaslıq” nümayiş etdirib. Erməni separatçıların iki-üç gün ərzində Xankəndidə saldığı hay-küyə laqeyd qala bilməyən Andrey Volkov bu dəqiqələrdə onların “hüzur”una gedərək danışıqlara başlayıb.
Belə olan halda isə haqlı olaraq sual yaranır ki, necə ola bilər, Volkov azərbaycanlı fəalların qarşısına çıxmaq istəmir, ancaq dərhal erməni separatçılarla eyni masa arxasında əyləşməyə can atır? Bu suallara cavab tapılmadıqda isə məntiqi nəticə kimi qarşımıza bu fikir çıxır: rusiyalı general bu addımı ilə növbəti dəfə öz fəaliyyətinə kölgə salıb, sülhməramlıların komandanı kimi öz missiyasının tərəfsizliyini şübhə altında qoyub.
"Arayik Arutyunyan" teqi üzrə xəbərlər
- Arayik Arutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
- Arutyunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını deyib
- Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb
- Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
- BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərə baş çəkib