İyunun 17-də Yaşıl Teatrda açıq səma altında 2000-ci illərin Azərbaycan ulduzlarının böyük konserti keçiriləcək.
Oxu.Az xəbər verir ki, konsertin təşkilatçısı “KIM Production”dır.
Faiq Ağayev, Samir Bağırov, Manana Caparidze, Elnur Məmmədov, Elnarə Xəlilova, Samirə Əliməryam, Ədalət Şükürov, Emma Ələkbərzadə, Faytonçu Nazim, Almaz Ələsgərli və başqaları tamaşaçıların qarşısına çıxacaqlar.
Gecəni Kamran Həsənli aparacaq.
Bu unudulmaz axşam sizi bir neçə saata Azərbaycan şou-biznesinin “qızıl” illərinə aparacaq.
Biletləri ITicket.Az saytından və Bakının kassalarından əldə edə bilərsiniz.
2000-ci illərin Azərbaycan ulduzları Bakıda böyük konsert proqramı ilə çıxış edəcəklər - VİDEO
Rəylər