İyun ayında sevgilisi Serkan Uçar ilə gizlicə evlənən aparıcı Ece Erken xəyalındakı toyunu təşkil edərək muradına çatıb.
Oxu.Az xəbər verir ki, cütlük ötən gün ailə üzvləri və yaxın dostlarının iştirakı ilə maraqlı toy mərasimi təşkil edib.
5 aylıq hamilə olan Ece Erken toy şəkillərini İnstagram hesabında paylaşıb.
Toyda Alişan, Serdar Ortaç və Fatih Yürek mahnı ifa ediblər.
Erkenin yaxın rəfiqəsi, müğənni Demet Akalın isə küsülü olduğu Alişanın da orada olması səbəbindən toya qatılmayıb.
Qeyd edək ki, Akalın Erkenin körpəsi olacağını öyrəndiyi zaman ona uşaq arabası hədiyyə etmişdi.
Aytən Sadıqzadə