Xəbər verdiyimiz kimi iyul ayının 19-da “Amburan Beach Club”da Rusiyanın məşhur aktyoru, şoumeni və müğənnisi Aleksandr Revvanın çıxışı olub.
Oxu.Az xəbər verir ki, Aleksandr Revva Bakı səhnəsində ona şöhrət və uğur gətirən obrazlardan birini tipik maço - Artur Pirojkov obrazını canlandırıb.
Qeyd edək ki, tədbirin təşkilatçısı Terra Nuova şirkətidir.
107.7 “AvtoFM” tədbirə informasiya dəstəyi göstərib.
Aytən Sadıqzadə
Foto: Qabil Abudov
www.oxu.az