Biznesmen və müğənni Emin Ağalarov Rusiya şou-biznesinin məşhur cütlüyü - Alla Puqaçova ilə Maksim Qalkini 2017-ci ilin yayında Bakıda keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına dəvət edib.
Oxu.Az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məlumat yayıb.
Ölkəmizdə ikinci dəfə reallaşacaq festival gələn il iyulun 27-dən 30-na kimi baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az