Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Ancelina Coli və Bred Pitt arasında buzlar əriyir - FOTO
2016-cı ildə yollarını ayıran və keçən il boşanan Ancelina Coli və Bred Pitt razılaşa bilmədikləri övladlarının qəyyumluğu ilə bağlı ortaq məxrəcə gəliblər.
“Daily Mail” xəbər verir ki, övladlarının qəyyumluğu barədə razılığa gələndən sonra onların arasındakı gərginlik sona çatıb.
Ötən il boşanan cütlük övladları Maddoks, Paks, Zahara, Şaylo, əkizləri Knoks və Viviennin qoruma problemini həll etdikdən sonra münasibətlərini düzəldib.
2019-cu ilin aprel ayından bəri ilk dəfə 44 yaşlı Coli və 56 yaşlı Pitt münasibətlərini qaydaya salıblar. Uşaqlar üçün qəyyumluq proqramı təyin olunub. Proqram keçmişdə yaşanan gərginlikdən uzaqdır. Uşaqlar həm anaları, həm də ataları ilə vaxt keçirir və xoşbəxtdirlər.