Rusiyalı musiqiçi Anton Belyayev və “Therr Maitz” qrupu paytaxtımızda konsert proqramı ilə çıxış edəcəklər.
Oxu.Az xəbər verir ki, məşhurlar artıq Bakıdadır. Onlar sabah, mayın 28-i saat 22.00-da “Opera Sky”da sevənlərini bir araya yığacaqlar.
Gecəni yerli dj-lər Dj Shock və Dj Tim diskoteka şou ilə davam etdirəcəklər.
Qeyd edək ki, Anton Belyayev “Therr Maitz” qrupunun təsisçisi və solisti, Rusiyanın Birinci Kanalının “Qolos” (“Səs”) müsabiqəsinin yarımfinalçısıdır.