Bakıya gələcəyi xəbərləri yayılan məşhur türk sənətçisi Atiye artıq şəhərimizdədir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, müğənni Türkiyənin “Akkaya Prodüksiyon” şirkətinin təşkilatçılığı ilə 7 sentyabrda Azərbaycanın paytaxtında konsert verəcək.
Şirkət Atiyenin möhtəşəm səhnə performansı və rəqqasələri ilə bakılıların qarşısında çıxış edəcək.
İfaçı özəl dəvətlə məclislərin birində çıxış edəcəyi bildirilir.