“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası Yeni İl üçün maraqlı silsilə anonslar hazırlayıb.
Oxu.Az xəbər verir ki, “ATV Anons Qrupu”ndan ibarət komanda rejissor Rauf Ocaqverdiyev, operator Elvin Əhmədoğlu, montajçı Elmar Vəliyev və qrafist Asif Əliyev 2014-cü ilin gəlişi ilə tamaşaçılara rəngarəng silsilə anonslar təqdim edib.
Yeni İl anonslarının baş qəhrəmanları rolunda baxımlı kanalın ən sevimli aparıcıları İlkin Həsəni, Zaur Baxşəliyev, Afaq Gəncəli, Nanə Ağamlıyeva, Aydan Axundzadə, Şəhriyar Əbilov, Cavid Gül, Rüfət Ağayev, “Bozbash Pictures”in aktyorları və başqaları iştirak edir.
Həmin anonsları sizə təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az