“Avroviziya 2023”də Azərbaycanı təmsil etməyə namizəd olan 5 ifaçı müəyyən edilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın “Avroviziya”da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb:
“Öncə qeyd etdiyimiz kimi, “Avroviziya” müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, “Mamagama” qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur”.
Onun sözlərinə görə, mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib:
“Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qrupuna təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”.
Rəylər