“Həyatda insan öz cığırını tapmalıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova jurnalistlərə açıqlamasında deyib.
O, rəqabətin gözəl olduğunu vurğulayıb:
“Düzdür, rəqabət olanda gözəl olur. İnsan həyatda öz cığırını tapmalıdır. Özəlliyimizi yüksək qiymətləndirirəm. Kiməsə oxşamağa çalışmamalıyıq. Çalışaq ki, öz yolumuz ilə gedək”.
Sənətçi ilk doğum günü təbrikindən söz açıb:
“Doğum günümdə hədiyyə gözləmirəm. Kim nə hədiyyə edirsə, xoşdur. Özəl şəxsdən hədiyyə gəldi. Gecə 00:00-da sənət dostum Samir Bağırov təbrik etdi. Çox sevindim. Dedim, nə yaxşı bu addımı atdın. Onu axşam doğum günü şənliyimə dəvət etdim. Ən böyük hədiyyə oldu”.
Nəzrin Vahid
Rəylər