Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Ayla" filminin əsl qəhrəmanı vəfat etdi
"Ayla" filminin real qəhrəmanı, Koreya müharibəsi zamanı Türkiyə hərbçisi Süleyman Dilbirligi ilə yaşadığı təsirli hekayəsi bütün dünyaya yayılan Kim Eunja vəfat edib.
Oxu.Az "Anadolu"ya istinadən bildirir ki, Türkiyənin Seuldakı səfirliyi Kimin ağır pnevmoniya xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb.
Uzun müddət İnçxon şəhərindəki Songdo Hana xəstəxanasının qocalara qayğı mərkəzində müalicə alan Kim Eunjanın son dövrdə demensiya xəstəliyi ilə də mübarizə apardığı bildirilib.
Qeyd edək ki, real hadisələr əsasında çəkilən "Ayla" filmi Koreya müharibəsi zamanı kimsəsiz qalmış 5 yaşlı bir qız uşağı və onu öz himayəsinə alan türkiyəli hərbçi Süleyman Dilbirliginin hekayəsindən danışır. Məhz türkiyəli zabit qızı Ayla adlandırır.