Müğənni Aysel Əlizadə repertuarını yayın ritminə uyğun təzələyib.
Oxu.Az xəbər verir ki, bu yaxınlarda sözləri Azər Şirin, musiqisi Tərlana məxsus olan “Tez gəl” ritmik mahnısını lentə yazdıran Aysel artıq səhnədə ifasını həmin nəğmə ilə açır:
“Mahnını eşidənlər müsbət fikir bildirir. Həm tez yadda qalır, həm də əksəriyyət mahnının yüksək əhval-ruhiyyə yaratdığını bildirir. Dinləyicilərin təəssüratı məni sevindirir” - deyən sənətçi klip çəkdirməyi düşünür.
Onun yeni mahnısı duet şəklindədir. Bir çox mahnıların müəllifi olan İlkin Həsəni bu dəfə həm də Aysel Əlizadənin duet ortağı olub. Müəllifi olduğu bu mahnını ifaçılar lentə yazdırıb və tezliklə radiolarda dalğalanacağını qeyd ediblər.