“Eurovision-2017”də ilk məşqlərdən sonra yeni favoritlərin adları açıqlanıb.
Oxu.Az vesti-ukr.com saytına istinadən məlumat verir ki, jurnalistlər arasında keçirilən səsverməyə əsasən, ilk pilləyə 72 xalla Finlandiya təmsil edən “Norma John” dueti çıxıb.
İkinci yerdə Azərbaycan - 65 xal, üçdə isə Portuqaliya (64) qərarlaşıb.
Qeyd edək ki, ölkəmizi “Eurovision” mahnı müsabiqəsində “Skeletons” mahnısı ilə Diana Hacıyeva təmsil edəcək.
Diana mayın 9-da Kiyevdə təşkil olunacaq mahnı müsabiqəsində səhnəyə 8-ci çıxacaq.
S.B.
www.oxu.az