Qalmaqallı müğənni Azisin Azərbaycanın paytaxtında konsertlə çıxış edəcəyi xəbərini indi bolqar KİV-i müzakirə edir.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, Azisin Bakıda konsertlə çıxış edəcəyi xəbəri sosial şəbəkələrdə rezonans doğurub. Qalmaqallı müğənni öz növbəsində Azərbaycan KİV-də bu xəbər yayıldıqdan sonra Facebook səhifəsində konsertin olmayacağını deyib.
Amma bir müddət sonra bu xəbər ordan silinərək Azərbaycana, Azərbaycan mədəniyyəti və musiqisinə olan sevgi və rəğbət dolu sözlərlə paylaşım olub.
Qeyd edilib ki, konsertin təşkilatçısı özünə diqqət çəkmək istəyib, vəssalam. Bu əhvalat bolqar nəşri “Teleqraf”da əksini tapdı. Nəşrdə dərc edilən məqalədə mövcud olmayan konsertin təşkilatçısı Azisin adından istifadə edərək sponsordan 1 milyon dollar istəyib.
Məqalədə Azisin konsertinin iyul ayının 19-da keçiriləcəyi bildirilir. Öz növbəsində konsertin təşkilatçısı Samir Xəttab sosial şəbəkədə öz səhifəsində Azisin bu vəziyyəti reklam məqsədi ilə istifadə etdiyini və 1 milyon barədə ümumiyyətlə, söhbətin olmadığını deyir. Eləcə də Samir Xəttab bəyan edir ki, “Teleqraf” nəşrini məhkəməyə verəcək və onun reputasiyasına zərər gətirdiyi üçün 1 milyon dollar təzminat istəyəcək.