ABŞ-ın tanınmış aktyoru və prodüseri Bredli Kuper terrorçu İŞİD qruplaşması haqqında teleserial hazırlıqlarına başlayıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran əsəri 2016-cı ildə “Pulitzer” mükafatına layiq görülmüş “Qara bayraq: İŞİD-in yüksəlişi” kitabı əsasında çəkiləcək.
Serialın ssenarisini Gregg Hurwitz yazacaq, rejissorluğunu isə Tim Van Patten edəcək.
A.S.
www.oxu.az