İTV-də yayımlanan “Yeni stil” layihəsinin aparıcısı Samirə Rüstəmova təzə fotosessiya etdirib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, verilişin “İmic” rubrikasında bu dəfə aparıcı özü obyektiv qarşısına keçib.
S.Rüstəmova deyib ki, rubrikanın növbəti buraxılışlarında isə tanınmış modelləri qeyri-adi imiclərdə görmək mümkün olacaq.
Cazibədar görünüşü ilə diqqət çəkən Samirənin fotoqraf Bəhruz Əlizadə tərəfindən lentə alınan həmin şəkillərini oxucularımıza təqdim edirik.