ATV-də aparıcı Mətanət Əliverdiyevanın təqdimatında canlı yayımlanan "Gündəlik" verilişində maraqlı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, ATVxəbər.az-ın məlumatına görə, verilişin bu dəfəki qonaqları aşıq Haşım Qubalı, aşıq Əli və aşıq Telli Borçalı olub.
Verilişdə aşıq Əli ilə Haşım Qubalı arasında mübahisə yaranıb. Videonun 4-cü dəqiqəsində aşıqlar arasında deyişmədə aşıq Haşım Qubalı aşıq Əliyə “Bura bax, növbəyə girmə. Yerində dayan, ağıllı ol” deyib.