Ötən həftə 1 milyonluq “Rolls Royce Phantom 6,7 AT” markalı maşını vurulan müğənni Cavanşir Məmmədov ona dəyən ziyandan danışıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu ATV telekanalında yayımlanan “Gün keçir” verilişində avtomobilinə 20 min xərc çəkəcəyini deyib:
“Maşının qiyməti baha olduğundan təmir üçün lazım olan detallar da ucuz deyil. Təkcə krıloya on min pul lazımdır. Ümumilikdə 20 min xərcləməliyəm. Son vaxtlar avtomobilimlə çox gündəmə gəldim. Bununla reklam olunmaq istəmirəm. Mən maşını reklam edirəm, o məni yox”.