Müğənni Ledi Qaqa tibet bütpərəstlərinin lideri Dalay Lama ilə görüşüb, bununla da Çin hakimiyyətinin narazılığna səbəb olub.
Oxu.Az xəbər verir ki, Dalay Lamanın dünya məşhurları, əsasən də Ledi Qaqa ilə görüşünü şərh edən Çin hakimiyyətinin nümayəndələri, onun məkrli və alcaqlığına işarə edərək dini lideri “monarx geyimində canavar” adlandırıblar.
Komunist partiyasının müvafiq sərəncamı ilə Çinin bütün ərazisində Ledi Qaqanın yaradıcılığı qadağan edilib.
Xarici KİV-də Qaqanın Dalay Lama ilə görüşü qınanılır və burada hakimiyyətin əli olduğu deyilir.
Müğənni və tibet lideri İndianapolisdə ABŞ ərazisndə görüşüblər. Bütün söhbət iyirmi dəqiqədən çox çəkməyib və jurnalist Enn Karrinin iştirakı ilə keçirilib.
Xatırladaq ki, tibet xalqının qiyamı Çin hakimiyyəti tərəfindən qəddarcasına yatırıldıqdan sonra Dalay Lama 1959-cu ildən sürgündə yaşayır, ÇXR isə o separatçıların lideri hesab edilir.
Ledi Qaqa isə ölkənin “qara siyahısında” olan və arzuolunmaz hesab edilən ilk müğənni deyil. Bu siyahıda onunla yanaşı “Maroon”, “Oasis” qrupları da yer alır.
Aytən Sadıqzadə
www.oxu.az