Azərbaycanın ilk travesti aktyoru Lady Slim və Ruslan M konsert proqramı hazırlayıblar.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük yeni il əhval ruhiyyəli konsertlə çıxış edəcəklər. Məlumatda bildirilir ki, konsert şəhərin gecə klublarından birində təşkil olunacaq. Ruslan M və Lady Slim dünya ulduzlarını da təqlid etməyi planlaşdırıblar.
Lady Slim - Azərbaycanın ilk travesti aktyoru hesab olunur. O ilk dəfə 2008-ci ildə Moskvada yaradıcılıq fəaliyyətinə başlayıb. 2009-cu ildən isə Azərbaycanda bu janrı təmsil etməyə başlayıb. 2010-cu ildə Azərbaycanı Ukraynada “Miss Travesty International 2010” beynəlxalq müsabiqəsində təmsil edib və “Birinci Vitse-Miss” adına layiq gorülüb.