Türkiyə səhnəsinin ən çox qazanan adlarından biri olan Demet Akalın, 300 min avroya “Porsche 911” markalı avtomobil alıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Demet Akalın və həyat yoldaşı Okan Kurt avtomobillərə olan maraqaları ilə həmişə diqqət çəkirlər. Fevral ayında qızı Hiranı dünyaya gətirdikdən sonra yoldaşının ona 500 min lirəlik “Jeep” hədiyyə etdiyi Akalın, indi də 300 min avro dəyərində “Porsche Carrera 911 4s” markalı avtomobil alıb. Qazanclarını avtomobillərə xərcləyən Kurt cütlüyü, ötən həftə yeni avtomobilləri ilə İstanbul turuna çıxıb.
Son zamanlar “Porsche Carrera” türkiyəli məşhurlar arasında dəbə düşüb. Belə ki, aktyor K.Tatlıtuğ digər minik vasitələrini satıb “Porsche Carrera” almışdı. O, 2012-ci ilin istehsalı olan avtomobilə 180 min avro ödəmişdi.
Aytən Sadıqzadə
www.oxu.az