Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Devid və Viktoriya Bekhemlər Britaniya şahzadəsinə görə oğullarına qəzəbləndilər
Futbolçu Devid Bekhem və onun həyat yoldaşı, dizayner Viktoriya Bekhem oğulları Bruklinin Böyük Britaniya şahzadəsi Harri və Meqan Marklla dostluğundan narazıdırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Life&Style" nəşri insayderə istinadən məlumat yayıb.
"Bu, Viktoriya və Devid üçün əsl kabusdur. Onlar bu vəziyyətdən narahatdırlar, xüsusilə də nəzərə alsaq ki, Bekhemlər şahzadə Uilyam və Keyt Middltonla çox yaxın münasibətdədirlər. Həmçinin məlumdur ki, Viktoriya ilə Meqan Markl arasında köhnədən qalma konflikt var. Bu səbəbdən Bruklinin atdığı addım ailəyə xəyanət kimi qəbul olunur", - deyə mənbə bildirib.
İnsayderin sözlərinə görə, Viktoriya Bekhem oğlunun həyat yoldaşı Nikola Peltz-Bekhemi günahlandırır və düşünür ki, məhz o, Meqan Markl və şahzadə Harri ilə ünsiyyət qurmağa başlayıb.
Mənbə əlavə edib ki, Viktoriya Bruklini bağışlamağa hazır olsa da, Devid Bekhem oğlunun bu davranışına göz yummur.
Qeyd edək ki, 2022-ci ilin aprelində Bruklin Bekhem Nikola Peltzlə evlənib. Toyun təşkili zamanı Viktoriya Bekhemlə Nikola arasında münasibətlər gərginləşib. Belə ki, model gəlinlik üçün "Valentino Couture" brendinə üstünlük verib və Bekhem brendindən istifadə etməyib.
"Viktoriya Bekhem" teqi üzrə xəbərlər
- Devid Bekhem xəstəxanalıq oldu: Əməliyyat edildi
- 20 il sonra: Devid Bekhemin şəxsi həyatı yenidən diqqət mərkəzində
- Devid Bekhemin oğlu azərbaycanlılara yaxşı məlum olan proseduru sınaqdan keçirdi
- Bekhemlər 78,5 milyon dollara yeni ev alıblar
- Devid Bekhem evlilikləri boyunca Viktoriyaya xəyanət edibmiş