Avroviziya təmsilçilərimizdən olan Dilarə Kazımova şəxsi həyatı ilə diqqət çəkib.
Xəzər TV-də yayımlanan “Şourum” verilişinə danışan sənətçi sosial şəbəkədə çoxsaylı bəylərdən sevgi etirafı aldığını qeyd edib.
Bununla da Dilarə həyat yoldaşı Zakir Bayramovla “Instagram”da tanış olduğu deyilən Sevda Yahyayevaya eyham vurub.
Dilarə iş adamı olan bəylə ailə həyatı qurmaq istəyini də gizlətməyib:
“Fikrimcə, ailədə bir nəfər sənətçi olmalıdır. Mən musiqimlə məşğul olanda o da öz işi ilə maraqlansın. Mənə sosial şəbəkələrdən çox sevgi etirafı yazırlar. Hamısına cavab verməsəm də, bütün yazanlara təşəkkür edirəm. Sevdadan sonra fikirləşdim ki, mən də artıq “Instagram” mesajlarımı daha da ciddi oxuyacam”.
Daha ətraflı süjetdə: