“Möhtəşəm maşın” şounun qalibi dj Çina və umid.az saytının əməkdaşları xeyirxah aksiya keçiriblər.
Oxu.Az xəbər verir ki, adıçəkilən şouda dj maşını udsa onu uşaq evinə bağışlayacağını və orada konsert təşkil edəcəyini söyləmişdi.
Yanvarın 26-da dj Çina və umid.az kollektivi uşaq evlərinin birində kimsəsiz balaları sevindiriblər.
Tədbirdə, həmçinin Samir Piriyev, Sevda Yəhyayeva, Günay İbrahimli, Əkbər, “Şarm” qrupu və digər müğənnilər, tanınmış simalar iştirak edib.
Aytən Sadıqzadə
www.oxu.az
6053