“Donuz qripi” H1N1 virusu ilə təcili şəkildə xəstəxanaya yerləşdirilən Türkiyənin məşhur müğənnisi Nilüfer Yumlu səhhəti ilə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, “Instagram” hesabında xəstəxananın pəncərəsindən video paylaşan sənətçi bir neçə gündən sonra evinə buraxılacağını yazıb:
“İndi daha yaxşıyam. Hardasa 20 gün. Bu nə virus idi... Bir neçə gündən sonra evimə gedəcəyəm dostlar. “Keçmiş olsun” diləklərinizə görə, bütün izləyicilərimə təşəkkür edirəm. Sizlərə sevgilərimi yollayıram. Həyat gözəldir”.
Qeyd edək ki, 20 gün öncə yüksək hərarət və halsızlıq əlamətlərindən şikayətçi olan Nilüfər İstanbuldakı özəl klinikaların birinə yerləşdirilmişdi.
Посмотреть эту публикацию в InstagramMövzuya aid xəbərlər
Digər xəbərlər