Müğənni Ədalət Şükürov ad gününü qeyd edib.
Oxu.Az Missiya.Az-a istinadən xəbər verir ki, məclisdə müğənninin sənət yoldaşları iştirak edib.
Ədalət Şükürov dostlarına təşəkkürünü bildirib. Bakıda yerləşən hotellərdən birində təşkil edilən ad günü mərasimində maraqlı anlar yaşanıb.
Ad günü mərasimində ən maraqlı məqam isə tort kəsilən vaxt yaşanıb. Üzəri “pullarla” örtülən tort qonaqların diqqətini cəlb edib. Qonaqlar tortun üzərindəki vaflidən hazırlanan pulları maraqla yeyiblər.
İ.N