Dünya ulduzunun Bakıda konserti baş tutub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, məşhur yamaykalı hip-hopçu Şon Polun (Sean Paul) Bakıda konserti təşkil olunub.
“Amburan Beach Club” istirahət və əyləncə mərkəzində konsert verən hip-hopçu ilk dəfə idi ki, Azərbaycana təşrif buyururdu.
Səhnəyə çıxdığı andan hər kəsi ələ alan Şon Pol ən sevimli mahnılarından biri olan “Temperature” mahnısı ilə musiqisevərləri coşdurub.
Unudulmaz gecədən olan görüntüləri sizlərə təqdim edirik.