Türkiyənin məşhur müğənnisi Ebru Gündeş 2016-cı ilin mart ayından ABŞ-da həbsdə olan həyat yoldaşı Rza Zərrabdan boşanır.
Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Rza Zərrab və Ebru Gündeş 2010-cu ildə evlənib. Cütlüyün Alara adlı bir qızı var.
Əvvəllər də cütülük haqqında dəfələrlə boşanma xəbərləri yayılıb, lakin sonradan hər iki tərəf yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, R.Zərrab 4 dekabrda yenidən hakim qarşısına çıxacaq. Bank fırıldaqçılığı və “çirkli pulların yuyulması”nda ittiham edilən biznesmen 19 mart 2016-cı ildə Mayami şəhərində tutulub.
A.S.
www.oxu.az