Türkiyənin tanınmış Azərbaycan əsilli müğənnisi Əhməd Şəfəq dekabrın 21-də Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, müğənni uzun müddətdir ki, hazırlaşdığı konsertlə bağlı bunları söyləyib:
“Konsertə hazırlıqlar uzun müddətdir gedir. Bu dəfəki repertuarıma yeni mahnılar daxil edilib. Azərbaycan-Türkiyə dostluğu əbədidir. Azərbaycanı sevmək üçün sadəcə insan olmaq yetərlidir”.
Qeyd edək ki, Ə.Şəfəqin konserti dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək.