Tanınmış türkiyəli futbolçu Arda Turan evlənib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu tez-tez ayrılıb-barışdığı sevgilisi Aslıhan Doğanla ailə qurub.
Mərasimdə yalnız ailə üzvləri iştirak edib.
Ardanın nikah şahidi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Nikaha prezidentin xanımı Əminə Ərdoğan da qatılıb.

Pərviz Hüseyn
www.oxu.az