Xalq artisti Faiq Ağayev açıqlama verib.
Oxu.Az məlumat verir ki, müğənni “Pərdə” verilişinə müsahibəsində doğum günündən söz açıb:
“42 yaşım tamam olur. Bunu gizlətmək, bəziləri kimi pasportumu dəyişmək fikrində deyiləm. Mən mübariz, barışqan, sülhsevər və peşəkar Faiq Ağayevəm. Səhnə fəaliyyətimin 26-cı ilinə keçirəm. Özümü də elə bu yaşdakı kimi hiss edirəm. Bu il ad günümü keçirməyəcəm. Məndə adət halını alıb, əgər konsert verirəmsə, həmin il doğum günümü qeyd edirəm. Bu il isə konsertim olmadı. Yalnız ailəm və beş-altı yaxınlarımla birlikdə olacağam”.
Aytən Sadıqzadə
www.oxu.az