2006-cı ildən 4 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən aktrisa Rəhilə İbadova bu günazadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, artıq ailəsinin yanında olan aktrisa azadlıqda ilk təəssüratlarını APA TV ilə bölüşüb:
“Yaxşıyam, müstəntiqimiz tutulandan sonra lap əla oldum. Çünki düzgün iş aparmadı. Həm pulum getdi, həm canım. 8 il verilmişdi. Ancaq bəraət kimi verildi, tez çıxdım”.
Rəhilə İbadova bundan sonra da aktrisalıq fəaliyyətini davam etdirəcəyini deyib:
“Bir az özümə gəlim, stressdən çıxaram. Studiyaya gedərəm, çəkiliş edərəm. Mən hələ fəaliyyətimi davam etdirmək şücaətindəyəm. 38 ilin aktrisasıyam, sənət adamıyam. Bu da bir qara xəttdir. Allah sevdiyi bəndələrini sınağa çəkir”.
Xatırladaq ki, Rəhilə İbadova 2006-cı ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib.