Bu gün Türkiyə mediasında yayılan xəbərlərdə Gülbən Ərgənin 4 aylıq hamilə olduğu iddia edilirdi.
Oxu.Az xəbər verir ki, müğənni iddialara cavab olaraq “Kanaltürk"də yayımlanan “İkinci Səhifə” proqramına açıqlama verib:
“Yaz boyunca hər gün Bodrumda ərə getdi... Ərə gedib, gizli saxlayır dedilər... İndi hamilə olduğumu yazırlar, 6 ay keçməz ki başqa xəbərlər uydurarlar. Bu kobud üslubu, soruşmadan, müsahibə almadan xəbər hazırlayanları qınayıram. Bu xəbər doğru deyil. Həm bətnimə körpə qoyub, həm də cinsiyyəti müəyyən etmək qədər ayıb bir şey yoxdur”.
Aytən Sadıqzadə