Türkiyənin məşhur pop müğənnisi Hadisə “Sıfır tolerans” adlı mahnıya çəkilmiş klipini təqdim edib.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, ekran işində fransalı model Aurelien Muller rol alıb. Klipdə ifaçının modellə erotik görüntüləri Türkiyə mediasında rezonans doğurub.
Hadisənin modellə Nyu-Yorkda istirahət etdiyi də deyilir. Müğənni jurnalistlərin ona ünvanlanan “Aurelien Mullerlə sevgilisiniz?”, - sualına “Aramızda sevgi münasibətləri yoxdur”, - cavabını verib.
A.S.
www.oxu.az