Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 25 yaşlı sevgilisi Gülçin Karakaya ilə eşq yaşadığını açıqlayaraq, diqqətləri üzərinə çəkib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük Bodrumda sevgilərini yaşamağa davam edirlər.
25 yaşlı G.Karakayanın İ.Tatlısəsin manikürçüsü olduğu üzə çıxıb. Onun ailəsi müğənni ilə münasibətinə qarşıdır.
Daha əvvəl ailəsi ilə mülki məsələdə münasibətləri pisləşən Tatlısəsin bütün uşaqlarının və sevgilisinin ailəsinin razı olmadığı bu münasibətin evliliyə doğru gedib-getməyəcəyi maraq doğurur.