Top-modellər silsilə gecələrdə “Sports Illustrated” jurnalının xüsusi buraxılışı üçün fotoqrafların kameraları qarşısına keçiblər. Gözəllər bir gecədə libaslarını dəfələrlə dəyişərək bir neçə gecədə iştirak ediblər.



Əslində təəccüblənəcək heç nə yoxdur, libas dəyişib hamının qarşısına qüsursuz çıxmağı hamıdan yaxşı bacarırlar. Dəfilələr zamanı müxtəlif libaslarda göz oxşamağa alışan modellər tez bir zamanda obraz dəyişmək yarışında meqapolisin gözəllərini geridə qoyurlar.



İrina Şeyk, Cici Hadid, Lili Oldric, Barbara Palvin və digər modellər Nyu-Yorkda iki “Sports Illustrated“ gecəsində iştirak ediblər.



Modellərin əksəriyyəti Nyu-Yorkda keçirilən tədbirdə mətbuat ilə ünsiyyət də qurublar.









