Hollivudun “The Walt Disney” və “Marvel Studios” kinostudiyaları Kapitan Amerika komikslər silsiləsi əsasında sayca dördüncü tammetrajlı filmin çəkilişlərinə başlayıblar.
Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Məlumata əsasən, filmin ssenari müəllifləri “Şahin və qış əsgəri” serialının yaradıcıları Malkolm Spellman və Dalan Mussondur.
Filmdə əsas yer aktyor Entoni Makinin canlandırdığı Sem Uilson obrazına veriləcək.