Şou-biznesə gələn gündən maraqlı açıqlamaları ilə adından söz etdirən cazibəli müğənni Könül Şıxəliyevadan xəbər var.
Oxu.Az-a açıqlama verən müğənni bildirib ki, onun efirlərə gec-gec çıxmasının səbəbi maddiyyatdır:
“Hamı məndən soruşur “Niyə verilişlərdə yoxsan?”. Bunun cavabı çox asandır. Mən yeni fəaliyyətə başlayan müğənni olduğuma görə efirlərdə görünməyim üçün ödəniş etməliyəm. Mənim o qədər imkanım yoxdur ki, efirlərə pul xərcləyim.
Onu da deyim ki, mən hansı verilişə çıxsam o proqrama reytinq gələcək. Əslində, gərək proqramlar mənə pul ödəsin. Mən dediyim sözə əminəm, hansı telekanala çıxsam oranın reytinqi artacaq. Zarafat da olsa deyim ki, telekanallar yaxşı düşünsün, ya pul, ya da reytinq, yəni mən. Yəqin ki, bu açıqlamamdan sonra məndən soruşmazlar “efirlərə niyə çıxmırsan?”.
Aytən Sadıqzadə
www.oxu.az