“Maşın şou. Hind kinosu”nu tərk etməyə növbəti namizədin adı məlum olub.
Oxu.Az xəbər verir ki, dünən olan kimi bu dəfə də SMS-səsvermə zərif cinsin nümayəndəsinin taleyini həll edir.
Söhbət Nərgiz Əliyevadan gedir. Onun şoudan çıxacağına heç nə dəlalət etməyib, ola bilsin ki, sadəcə Nərgiz layihədəki qruplaşmaların təsadüfi qurbanı olub.
N. Əliyeva artıq öz rəqibinin adını açıqlayıb. Bu, Nazilə Səfərlidir.
N. Səfərlinin adının ilk dəfə hallanmaması müəyyən mülahizələrə səbəb olur.
Ola bilsin ki, bu gün qruplaşmaların sirrləri açıqlanacaq. Ola da bilsin ki, daha da qarışıqlıq yaransın.
Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.
Cavid Osmanov
Foto - Valeh Arifoğlu
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər